Tunis polisi, təyyarələr və terrorla mübarizə bölmələrinin dəstəyi ilə, Avropaya gedən miqrantların əsas çıxış nöqtəsi olan sahilyanı Sfaks bölgəsində yüzlərlə miqrantı həbs edib və qaçaqmalçıların qayıqlarını ələ keçirib.
Bu barədə “Reuters” məlumat yayıb.
Əməliyyat prezident Qais Səidin göstərişi ilə həyata keçirilib. Tunis Milli Qvardiyasının bölmələri yüzlərlə miqrantın yaşadığı evlərdə axtarış aparıb, miqrantları sahilə aparan yük maşınları və qaçaqmalçıların istifadə etdiyi qayıqları ələ keçirib.