Tunisin keçmiş prezidenti Moncef Marzuki məhkəmə tərəfindən qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.

Cinayət təqibinə səbəb sabiq dövlət başçısının mətbuatda və sosial şəbəkələrdə tez-tez prezident Kais Səidin administrasiyasını tənqid etməsi olub. Məhkəmə Marzukini Tunisdə insanları hakim rejimi devirməyə təhrik etməkdə, iğtişaşlar törətməkdə, qətllər və quldurluqlarda təqsirli bilib.

İstinadlar Report