Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını deyib.

Bu barədə Kanada hökumətinin başçısı “X” sosial şəbəkəsində yazıb.

“Kanadanın ABŞ-nin bir hissəsi olmaq şansı zərrə qədər də yoxdur”, – paylaşımda qeyd edilir.

Onun sözlərinə görə, hər iki xalq öz ölkələrinin ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından faydalanır.

İstinadlar Report