
Kanada və müttəfiqləri Fələstinin tanınması ilə iki dövlətin dinc birgəyaşayışı əsasında İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün prosesə başlamağa səy göstərirlər.
Bunu Kanadanın Baş naziri Castin Trüdo parlamentdə çıxışı zamanı deyib.
“Biz regiondakı tərəfdaşlarımız, müttəfiqlərimiz və dostlarımızla təhlükəsiz və tanınmış Fələstin dövləti ilə iki dövlətli [dinc birgəyaşayış] prinsipi əsasında prosesə başlamaq üçün işləyirik”, – o deyib.