Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı kimi tərkibinə daxil olmayacağını bəyan edib.
Bu barədə o, Brüsseldə jurnalistlərlə bildirib.
“Tam aydın danışmaq istəyirəm: Kanada heç vaxt 51-ci ştat olmayacaq. Bu heç vaxt baş verməyəcək”, – o söyləyib.
Eyni zamanda, Kanada Baş naziri qeyd edib ki, Ottava ABŞ Prezidenti Donald Trampın bu cür bəyanatlarına çox ciddi yanaşır.