Türkiyə Baş Prokurorluğu Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətlə yetirilməsi görüntülərinin TRT-də yayımlanması ilə bağlı istintaq çərçivəsində əməliyyat keçirib.

Yerli KİV xəbər verir ki, polis prokurorluğun təlimatı ilə FETÖ üzvləri olduğu iddia edilən 6 TRT işçisini nəzarətə götürüb.

Bildirilir ki, onlardan 5-i kanalın hazırkı , 1-i isə keçmiş əməkdaşıdır.

62 yaşlı səfir Andrey Karlov dekabrın 19-da adının verildiyi Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tətəfindən zərərsizləşdirilib.

İstinadlar Azvision