Liviyanın Tripoli şəhəri ətrafında gedən döyüşlər nəticəsində 740 nəfərə yaxın insan ölüb, 4400-dən çox şəxs yaralanıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ölkə üzrə nümayəndəliyinin məlumatında deyilir.

Daha əvvəl 691 nəfərin öldüyü və 4012-sinin isə yaralandığı məlum idi.

Şərqi Liviya milli ordusunun komandanı marşal Xəlifə Həftar aprelin 4-də öz qüvvələrinə Tripolini “terrorçulardan azad etmək” üçün hücum əmri verib. Tripolidəki hakimiyyətə loyal silahlı qruplaşmalar da öz növbəsində “Qəzəb vulkanı” adlı cavab əməliyyatına başlayıblar.

İstinadlar Report