Şənbə günü Liviyanın artıq bir neçə ildir fəaliyyət göstərməyən Tripoli beynəlxalq hava limanının ərazisində şiddətli silahlı toqquşmalar başlayıb.

Bu barədə “Afrigatenews” xəbər portalı məlumat yayıb.

Məlumata görə, aeroporta gedən yol yaxınlığında döyüşlər paytaxtda qərarlaşan baş nazir Faiz Saracın Milli Razılıq Hökuməti ilə Liviya Milli Ordusunun feldmarşalı Xəlifə Həftərin qüvvələri arasında gedir. Hər iki tərəfdən artilleriya qurğuları və iriçaplı pülemyotlardan istifadə olunur. Toqquşmalarda ölən və yaralananlar var, lakin onların sayı açıqlanmır.

İstinadlar Report