
Amerikalı Mark Fogelin müqabilində rusiyalı Aleksandr Vinnikin azadlığa buraxılması Vaşinqtonla Moskva arasında etimadın artmasına səbəb olub.
Bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News” telekanalına açıqlamasında deyib.
“Bizim çox yaxşı kommunikasiya kanalımız var, o, çox etibarlı və son dərəcə faydalıdır. Düşünürəm ki, bu, Tramp administrasiyası ilə Rusiya prezidenti Vladimir Putin arasında etimadın güclənməsinə səbəb olub”, – o deyib.