Treyderlər ABŞ Prezidenti Donald Tramp administrasiyasının başlaya biləcəyi ticarət müharibələrindən və qiymətli metalın bahalaşmasından ehtiyatlanaraq 2024-cü ilin sonundan bu günədək İngiltərə Bankının anbarından minlərlə qızıl külçəsini geri götürüblər.

Son iki ayda bankın seyflərindən 8 minə yaxın külçə çıxıb ki, bu da ümumi ehtiyatların təxminən 2 %-ni təşkil edir.

İngiltərə Bankının sədr müavini David Ramsdenin sözlərinə görə, Nyu-York fyuçers bazarında qızılın qiyməti Londonda qiymətli metalın spot qiymətini ötdükdən sonra geri çəkilmə tələblərinin sayı kəskin artıb. Məqalədə deyilir ki, treyderləri Trampın külçə qızıllara tariflər tətbiq edəcəyi qorxusu da hərəkətə gətririb.

İstinadlar Report