Hakerlər ABŞ prezidenti Donald Trampın seçki qərargahının saytına hücum ediblər.

Bu barədə dövlət başçısının seçki kampaniyasının mətbuat katibi Ytim Mertau özünün “Twitter”dəki səhifəsində bildirib.

Onun sözlərinə, siyasətçinin seçki qərargahının saytının parolu çərşənbə axşamı 27 oktyabrda sındırlıb. “Biz hüquq-mühafizə orqanları ilə hücumun mənbəyinin araşdırılması üzərində işləyirik. Oğrular məxfi məlumatlara giriş əldə edə bilməyiblər, çünki onlar saytda saxlanılmır”, – Mertau yazıb.