ABŞ-də prezident seçkisində qalib gəldiyini elan edən Donald Tramp qisas almaq istədiyi insanların siyahısını hazırlayıb.

Bu barədə “Politico” nəşri yazı dərc edib.

Məlumata görə, bu siyahıda yer alanlar, əsasən əvvəllər respublikaçı namizədin əleyhinə qəzəbli ifadələr səsləndirən şəxslərdir.

Siyahıya Co Bayden və oğlu Hanter Bayden, həmçinin seçkidəki rəqibi Kamala Harrisdə daxildir.

Siyahıda ABŞ-nin keçmiş prezidenti Barak Obama, keçmiş dövlət katibi Hillari Klinton, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, Nyu-York baş prokuroru Letisiya Ceyms, META-nın sahibi Mark Zukerberq, Trampın keçmiş vəkili Maykl Koen və başqaları da var.

Bundan əlavə, nəşr özünün də “qisas siyahısı”na daxil olduğunu qeyd edib. Bildirilib ki, Tramp dəfələrlə “Politico” jurnalistlərinin sərt cəzalandırılmasını istəyib.