Xarici ölkələrin liderləri 2019-cu ildə rəsmi danışıqların və səfərlərin gedişatında ABŞ-ın o zamankı prezidenti Donald Trampa və dövlət katibi Maykl Pompeoya şəkillər, heykəltəraşlıq əsərləri, xalçalar və viskilər hədiyyə ediblər.

Bu barədə ABŞ Protokol İdarəsinin Federal reyestrin elektron bazasında dərc edilmiş materialında deyilir.

Çoxlu hədiyyələr hakimiyyətin yüksək vəzifəli nümayəndələri üçün icazə verilmiş limiti əhəmiyyətli dərəcədə ötür. Hədiyyənin qəbulunun səbəbləri haqqında qrafada qeyd edilir ki, bəxşişlərdən imtina hədiyyə verəni və ABŞ hökumətini xoşagəlməz vəziyyətdə qoyardı. Hədiyyələr saxlanılmaq üçün əsasən Milli Arxivə və ya Ümumi Məsələlər üzrə İdarəyə verilib.

ABŞ-ın o zamankı prezidenti Donalıd Tramp ən bahalı hədiyyəni Bolqarıstanın baş naziri vəzifəsini icra edən Boyko Borisovdan alıb. Bu, Osmanlı imperiyasının vaxtından qalmış, qiyməti 8,5 min ABŞ dolları olan tüfəngdir.

İstinadlar Report