ABŞ-ın keçmiş prezidenti Donald Trampın andiçmə komitəsinin sədri Tom Barrak Birləşmiş Ərəb Əmirlikəri hökumətinə casusluq etmək ittihamı ilə saxlanılıb.

Bu barədə ABŞ Ədliyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 2016-cı ilin dekabrında Barrak BƏƏ rəsmiləri ilə görüşüb və onları Tramp administrasiyasını cəlb etmək istədikləri xarici siyasət məsələlərinin siyahısını hazırlamağı tapşırıb.

Ədliyyə Nazirliyinə görə, 2017-ci ildən bəri, Barrak, Vaşinqtonun Yaxın Şərqdəki xarici siyasəti ilə əlaqədar mövzularda Amerika hökumətinin nümayəndələrinə qeyri-rəsmi olaraq məsləhət verib.

İstinadlar Report