
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni partiya yaratmağı planlaşdırmır, o 2022-ci ildə Konqresə aralıq seçkilərdə respublikaçılara kömək edəcək.
“Trampın hədəfi 2022-ci ildə respublikaçıları Nümayəndələr Palatasına və Senata qaytarmaqdan ibarətdir”, – Miller bildirib.
Onun sözlərinə görə, sabiq prezident “bu səylərdən kənar” heç nə planlaşdırmır.