Federal Təhqiqat Bürosunun (FTB) agentləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən 11 dəst məxfi sənəd ələ keçiriblər.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Mülkdən sənədlər, fotoşəkillər və qeydlər olan 20-yə yaxın qutu çıxarılıb.

Müsadirə edilən sənədlər arasında Trampın keçmiş müşaviri Rocer Stounun əfv fərmanı, həmçinin “Fransa prezidenti” ilə bağlı bəzi məlumatlar var.