
ABŞ polisi Prezident Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsinin divarına dırmaşan şəxsi həbs edib.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Palm-Biç şəhərinin polis əməkdaşları cinayətkarı yaxalayan Məxfi Xidmətin agentlərinə kömək etmək üçün çərşənbə axşamı axşam mülkə gəliblər. Qeyd olunur ki, ərazinin ətrafında çoxsaylı “giriş qadağandır” nişanları quraşdırılıb.