ABŞ-nin bir neçə nüfuzlu şirkətinin rəhbəri Donald Trampın inauqurasiya tədbirlərinə rekord məbləğdə 239 milyon dollar ianə ediblər.

Bu barədə “Financial Times” qəzeti ABŞ Federal Seçki Komissiyasının məlumatlarına əsaslanaraq məlumat yayıb.

Məlumata görə, bura texnologiya sektorundan olan “Apple”, “OpenAI” və “Uber” kimi şirkətlər daxildir. Bu göstərici səkkiz il əvvəlkindən (2017-2021) iki dəfə çoxdur.

Keçmiş ABŞ Prezidenti Cozef Bayden 2021-ci ildə təxminən dörd dəfə az – vəsait toplayıb. Trampın inauqurasiya komitəsi tərəfindən toplanan vəsaitlər yeni prezidentin dəstəyini qazanmaq istəyən ABŞ sənayesinin bütün əsas sahələrindəki şirkətlərin nümayəndələrindən daxil olub. “JPMorgan Chase”, “BlackRock”, “Blackstone” və “Goldman Sachs” kimi maliyyə nəhəngləri hər biri 1 milyon dollar ianə edib. AT&T, “Comcast” və “Verizon” kimi telekommunikasiya şirkətləri də eyni məbləğdə ianə ediblər.

Bildirilb ki, “Chevron” şirkəti 2 milyon dollar ayırıb. Eyni məbləğdə vəsaiti ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri, milyarder Cared Ayzekman təqdim edib.