
Minlərlə insan, o cümlədən hüquq mühafizə orqanları və tədbirin təşkilində iştirak edən bir sıra dövlət qulluqçuları ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminin yerinin hava şəraiti səbəbindən dəyişdirilməsi barədə bəyanatından çaşqın qalıblar.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təcili iclaslar çağırıblar. Konqres üzvləri dəyişikliklər barədə mətbuatdan xəbər tutublar və daha sonra şənliklərə bilet almış seçicilərdən daxil olan yüzlərlə zəngi cavablandırmalı olublar”, – nəşr yazır.
Daha əvvəl Tramp soyuq hava səbəbindən andiçmə mərasiminin qapalı məkanda keçirilməsi barədə göstəriş verdiyini təsdiqləyib və tədbirin əsas hissəsi Kapitoli rotondasında təşkil olunacaq. Proqnozlara görə, yanvarın 20-də Vaşinqtonda temperaturun -12 dərəcəyə qədər enməsi gözlənilir.