ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimində Brüsseli İtaliyanın Baş naziri Corciya Meloni deyil, Avropa İttifaqının ABŞ-dəki səfiri təmsil edəcək.

Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu bildirib.

“Aİ-nin ABŞ-dəki səfiri andiçmə mərasimində iştirak edəcək”, – deyə o, jurnalistlərin Meloninin andiçmə mərasimində Aİ-ni təmsil edə biləcəyi ilə bağlı sualını cavablandırarkən deyib.

İstinadlar Report