Kanada-ABŞ sərhədində zəhərli maddə ilə dolu məktubun göndərilməsi ittihamı üzrə saxlanılan qadın ABŞ prezidenti Donald Trampı noyabrın 3-də nəzərdə tutulmuş seçkilərində öz namizədliyini geri götürməyə çağırıb.

Məhkəmə materiallarına əsasən, Kanadanın 53 yaşlı sakini Paskal Ferer ABŞ liderinə “təslim olmaq və prezident seçkilərində namizədlikdən imtina etmək” tələbi ilə müraciət edib. Bu halda o qeyd edib ki, məktub “xüsusi hədiyyə”dən ibarətdir. “Əgər o həyata keçməsə, qadın zəhərin daha effektiv reseptini seçəcək və nə vaxtsa gələ bilsə, silahdan istifadə edəcək”.

Kanadadan göndərilmiş digər altı analoji məktub sentyabrda Texas ştatında ələ keçib. Həmin məktublarda Fererin barmaqlarının izləri aşkar edilib. Lakin həmin məktublarda zəhərli maddələrin olub-olmadığı açıqlanmır.