ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyanı Ermənistanın baş nazir olması münasibətilə təbrik edib.

Məktubunda Tramp ABŞ-ın çiçəklənən, demokratik və qonşuları ilə sülh şəraitində olacaq bir Ermənistanı dəstəklədiyini deyib.

O, Ermənistanla ticarətin dərinləşdirilməsi, qlobal təhlükəsizliyin gücləndirilməsi və korrupsiya ilə mübarizə sahəsində inkişafa nail olması gərəkdiyini qeyd edib.  ABŞ prezidenti Dağlıq Qarabağ konfliktinin sülh yoluyla həllinin bu məsələlərə yardım edəcəyini vurğulayıb.