Çinin “ticarət platforması Pensilvaniyada sui-qəsddən dərhal sonra ABŞ-nin keçmiş prezidenti (2017-2021) Donald Trampın təsvirləri olan paltarların satışına başlayıb.

Bu barədə “South China Morning Post” məlumat yayıb.

Üç saat ərzində Çin və ABŞ-dən 2 mindən çox sifariş alınıb.

Trampın şəkli olan köynəyin endirimsiz qiyməti 43 yuan (5,93 dollar), endirimlə isə 39 yuan (5,38 dollar) təşkil edir.

Arizona ştatındakı “Fox” şəbəkəsi də ABŞ vətəndaşlarının Trampın sui-qəsd cəhdindən qazanc əldə etməyə çalışdığını bildirib.

İstinadlar Report