ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətləri var. Tramp impiçment qalmaqalı zamanı Ukrayna liderinin hərəkətlərini yüksək qiymətləndirir.

“Zelenski ilə yaxşı münasibətim var idi. O, xoşuma gəlir”, – Tramp deyib.

ABŞ-nin keçmiş prezidentinin sözlərinə görə, buna səbəb mümkün impiçmentlə bağlı qalmaqal zamanı Zelenskinin hərəkətləridir.

“O (Zelenski – red.) deyə bilərdi ki, lentə alınmadan (söhbətin – red.) xəbəri yoxdur. Amma “Bəli, özümə təhdid hiss edirdim” demək əvəzinə, o belə dedi: “O (Tramp – red.) qəti olaraq səhv bir şey etməyib”, – amerikalı siyasətçi sözlərinə əlavə edib.

İstinadlar Report