ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən prezident yarışında iştirak edə biləcəyini istisna etməyib.

Bu barədə keçmiş dövlət başçısı Orlando şəhərində mühafizəkarların qarşısında çıxış edərkən söyləyib.

“Demokratlar ara seçkilərdə sarsıdıcı şəkildə məğlub olacaqlar və dörd il içində Ağ Evi mütləq itirəcəklər. Artıq Ağ Evi itiriblər. Kim bilir, bəlkə qərar verəcəyəm ki onları üçüncü dəfə məğlub edib”-deyə, Tramp bildirib.