ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Tszinpin arasındakı növbəti görüş Floridadaki “Mar-a-Lago” iqamətgahıənda keçirilə bilər.

Bu barədə “Axios” məlumat verib.

Görüş mart ayına təyin oluna bilər. Eyni zamanda qeyd olunub ki, digər variantlar, o cümlədən görüşün Pekində keçirilməsi ehtimalı da nəzərdən keçirilir.

Bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Daha əvvəl Tramp Si Tszinpin ilə ticarət razılaşmasıyla əlaqədar görüşün hələ təyin olunmadığını söyləyib.

İstinadlar Report