
ABŞ Prezidenti Donald Tramp və fransalı həmkarı Emmanuel Makron Səudiyyə Ərəbistanında Rusiya və Amerika nümayəndə heyətlərinin qarşıdakı görüşünü müzakirə ediblər.
Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Siyasətçilər telefon danışığı zamanı həmçinin Ukraynadakı vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, Tramp və Makron arasındakı söhbət təxminən 30 dəqiqə davam edib.
Xatırladaq ki, Amerika və Rusiya nümayəndə heyətləri fevralın 18-də Ər-Riyadda görüşəcək və ikitərəfli münasibətlərin bütün kompleksinin bərpası, həmçinin Ukrayna nizamlanmasının müzakirəsinə hazırlıq, habelə ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin görüşünün müzakirə ediləcəyi danışıqlar aparacaqlar.