Vaşinqton və Kiyev aprelin 24-də Ukrayna mineral ehtiyatları haqqında saziş imzalayacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İnanıram ki, gələn cümə axşamı saziş bağlanacaq. Əminəm ki, onlar (Ukrayna – red.) müqavilənin şərtlərini yerinə yetirmək niyyətindədirlər, bunu görəcəyik”, – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, 2025-ci il fevralın 3-də Tramp ABŞ-nin Ukrayna ilə müqavilə bağlamağa hazırlaşdığını, Kiyevin hərbi yardım müqabilində Vaşinqtonu mineral ehtiyatlarla təmin edəcəyini açıqlamışdı. Zelenski bu sazişi imzalamaqdan imtina edib.

İstinadlar Report