
ABŞ Prezidenti Donald Tramp Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dələduzluq və korrupsiya kimi xarakterizə edib.
Bunu o, Ağ evdə Yaponiyanın Baş naziri Sigeru İşiba ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“USAID-ə baxsaq, bunların hamısı dələduzluqdur. Bu təşkilatın vəsaitlərinin çox az hissəsi yaxşı məqsədlərə xərclənir. Baxdığım büdcənin hər bir sətri ya korrupsiyadır, ya da gülünc bir şeydir”, – Tramp deyib.
ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə ABŞ dövlət katibi Marko Rubio bu qurumun müvəqqəti rəhbəri təyin edilib.