
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün səylər göstərdiyini və bu istiqamətdə artıq müəyyən irəliləyiş olduğunu açıqlayıb.
Bu barədə o, Vaşinqtonda çıxışı zamanı bildirib.
“Biz bu problemi həll etmək üçün çox çalışırıq. Düşünürəm ki, bunun (müharibənin – red.) dayandırılmasını təmin etmək baxımından irəliləyiş əldə edirik”, – o deyib.