Ukraynada nizamlanma üzrə danışıqların iştirakçıları təkcə atəşkəslə bağlı deyil, həm ərazilər mövzusunu müzakirə edirlər.
Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martinlə görüşündə deyib.
“Ərazilər və digər əlaqəli məsələləri də müzakirə etdik. Bir çox detallar müzakirə olunur”,-deyən ABŞ lideri təfərrüatları açıqlamayıb.