ABŞ prezidenti Donald Tramp “Twitter” vasitəsi ilə Çin liderinə Honkonqdakı vəziyyətlə bağlı görüş təklif edib.

Onun sözlərinə görə, Çin sədri Honkonqda keçirilən etiraz aksiyaları ilə bağlı vəziyyəti “tez və insanlıq”la həll edə bilər.

“Mənim heç bir şübhəm yoxdur ki, prezident Si [Szinpin] Honkonq problemini tez və insanlıqla həll etmək istəsə, bunu edə bilər. Şəxsi görüş?”, – deyə o “Twitter”də yazıb.

İstinadlar Report