Amerika lideri Donald Tramp Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına münasibət bildirib.

O bunu “çətin vəziyyət” adlandırıb.

“Onlar S-400 alırlar… Mən Türkiyəni günahlandırmıram, çünki Obama administrasiyası dövründə yaranmış bir çox vəziyyətlər və digər problemlər var”, — deyə Tramp bildirib.

Bununla yanaşı o qeyd edib ki, Vaşinqton Ankara üçün təklif etdiyi F-35 qırıcılarını asanlıqla başqa ölkələrə sata bilər.

İstinadlar Report