Tramp İsrailin işğal etdiyi Suriyaya məxsus Colan əraziləri üzərindəki suverenliyinin tanınmasına dair sənədə imza atıb.

Netanyahu isə  qarşılığında Amerika liderinə minnətdarlığını bildirib:

“İsrailin heç vaxt sizin kimi yaxşı dostu olmayıb”.

O, həmçinin sənədin imzalanma gününü tarixi hadisə adlandırıb.

Daha əvvəl Tramp İsrailin Colan yüksəklikləri üzərində suverenliyinin tanınmasının vaxtı gəldiyini demişdi.

İstinadlar Report