
KXDR lideri Kim Çen In ölkənin nüvəsizləşdirilməsi prosesinin əməli olaraq dərhal başlanacağına işarə edib.
Bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına çərşənbə axşamı fraqmenti göstərilən müsahibəsində deyib.
“Hesab edirəm ki, Şimali Koreyanın nüvəsizləşdirilməsinə indi başlayacağıq. Mən onun (Kim Çen Inın) qayıdacağına [KXDR-ə] və əməli olaraq dərhal buna başlayacağına inanıram. O artıq buna işarə edib”, – deyə Tramp bildirib.
“Biz [amerikalı] girovlarımızı geri aldıq, onlar [şimali koreyalılar] öz poliqonlarından biri, əslində öz əsas sınaq poliqonlarını partlatdılar. Bəzi insanlar onu [Pxenyanın] yeganə sınaq poliqonu hesab edirlər. Onlar yekun sənəddə qeyd olunduğu kimi, öz raketlərindən imtina edirlər”, – deyə Tramp söyləyib və raket sınaqları və bir çox başqa məqsədlər üçün istifadə olunan poliqonların sökülməsini nəzərdə tutduğunu bildirib.
“Ümumiyyətli, bu sürətlə inkişaf edən prosesdir”, – deyə ABŞ prezidenti əlaə edib.