
ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə mayın ortalarında Səudiyyə Ərəbistanında görüşün baş tutmayacağını bildirib.
“Mən belə düşünmürəm”, – Tramp Ağ Evdə jurnalistlərin ABŞ Prezidentinin Yaxın Şərq turu zamanı Rusiya lideri ilə görüşünün mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.
Bununla belə, Tramp qeyd edib ki, Rusiya və ABŞ çox yaxşı danışıqlar aparır.