ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlardan sonra bazarda vəziyyəti sabitləşdirmək üçün zəruri olduqda ölkədə mövcud olan neftin strateji ehtiyatlarını istifadə etməyə icazə verib.

ABŞ lideri bu barədə özünün “Twitter”dəki səhifəsində bildirib.

“Səudiyyə Ərəbistanında neftin qiymətlərinə təsir edə biləcək hücumları nəzərə alaraq, mən əgər lazım olsa, bazarların təchizatının normal səviyyəsini dəstəkləmək üçün strateji neft ehtiyatından nefti istifadə etməyə icazə verdim”, – deyə o bildirib.

İstinadlar Report