
ABŞ Prezidenti Donald Tramp İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına kömək edə biləcəyinə əmindir.
O, bu barədə “Time” jurnalına müsahibəsində bildirib.
“Düşünürəm ki, Səudiyyə Ərəbistanı “İbrahim” sazişlərinə (İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur) qoşulacaq və bu, çox tezliklə baş verəcək”, – o qeyd edib.