ABŞ prezidenti Donald Tramp hamını birjadakı müvəffəqiyyətlər münasibətilə təbrik edib.

“Ölkəmizin xalqını təbrik etmək istəyirəm. DJIA indeksi 30 minə (bəndə-red) çatdı, bu, tarixdə yüksək səviyyədir”, – Tramp deyib.

O, bu göstəricini “müqəddəs rəqəm” adlandırıb.

Tramp həmçinin bildirib ki, “vaksinlə bağlı baş verənlərdən çox razıdır”.

ABŞ prezidenti 1 dəqiqədən az çıxış edib və Ağ Evin brifinq otağını tərk edib. O, jurnalistlərin seçkilər haqqında suallarına cavab verməyib.