ABŞ prezidenti Donald Tramp bildirib ki, qarşıdan gələn seçkilərdə məğlub olacağı təqdirdə hakimiyyətin “dostcasına” ötürülməsini prosesini istəyir, ancaq əgər rəqiblərinin – demokratların poçtla səsvermədə fırıldaq işlədəcəkləri tədqirdə uduza bilər.

“Biz yalnız onların fırıldaq işlədəcəkləri təqdirdə seçkiləri uduzacağıq. Və onların buna nail olmalarına imkan verə bilmirik – karta bizim ölkəmiz qoyulub, çünki bu insanlar bizim ölkəmizi dağıdacaqlar və biz belə şeyə yol verə bilmirik. Bu fırıldaqdır, onlar bunu bilirlər və KİV bilir, dəqiq bilirlər ki, nə olacaq. Amma demokratlar bu barədə hamıdan daha yaxşı bilirlər.

Amma biz buna imkan verə bilmirik – əgər siz nəsə görsəniz, siz bu barədə bildirməlisiniz”, – Tramp Virciniyada tərəfdarları qarşısındakı çıxışında deyib.