ABŞ prezidentliyinə namizəd Donald Tramp bütün “tərəddüd edən” ştatlarda rəqibi Kamala Harrisi qabaqlayır.

Bu barədə “AtlasIntel”in sorğu məlumatlarında göstərilib.

Qeyd olunub ki, Tramp hər ştatda Harrisi ən azı 1 faiz qabaqlayır.

Respublikaçı namizədin ən böyük üstünlüyü Arizona və Nevadadadır.

Eyni zamanda, Amerikanın Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında Tramp öz rəqibini müvafiq olaraq 1,3%, 1,5% və 1,7% qabaqlayır.