ABŞ-yə idxal üzrə tariflərin artırılmasının dayandırılması çətin ki, daha 90 gün uzadılsın.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bunun ehtimalı azdır. Biz sövdələşmələr əldə edəcəyik. Başqa sözlə, sadəcə, tarif müəyyən edəcəyik və o, çox ağlabatan olacaq”, – ABŞ Prezidenti qeyd edib.

D.Tramp bir daha vurğulayıb ki, Pekin əvəzində “əhəmiyyətli bir şey” təklif etməsə, Çinə tətbiq edilən tarifləri azaltmayacaq.

İstinadlar Report