
ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcəyini açıqlayıb.
Bu barədə siyasətçi “Truth Social”da paylaşım edib.
“Melaniya və mən Papa Fransiskin dəfn mərasiminə Romaya gedəcəyik”, – ABŞ lideri yazıb.
Trampın pontifikin dəfn mərasimində iştirak etmək üçün Vatikana gələcəyi gözlənilir. Trampın özü əvvəllər jurnalistlərə dəfn mərasimində iştirak edib-etməyəcəyini söyləməkdə çətinlik çəkmişdi.