ABŞ Prezidenti Donald Tramp evsiz qalmış Qəzza sakinlərinin ərəb ölkələrində yerləşdirilməsinin mümkün olduğunu bildirib.

Trampın sözlərinə görə, o, artıq bu mövzuda İordaniya Kralı II Abdullah ilə danışıb və Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə də müzakirə etmək niyyətindədir.

“Misirin insanları qəbul etməsini istəyirəm. <…> Orada (Qəzza zolağında – red.) sözün əsl mənasında hər şey dağıdılıb, demək olar ki, hər şey məhv edilib <…>. Mən bəzi ərəb ölkələri ilə işləməyə və başqa yerdə mənzil tikməyə çalışardım”, – ABŞ Prezidenti deyib.

İstinadlar Report