Seçilmiş prezident Donald Tramp bəyan edib ki, nə BMT-dəki keçmiş ABŞ səfiri Nikki Heylini, nə də keçmiş dövlət katibi Mayk Pompeonu öz administrasiyasına dəvət etmək niyyətində deyil.
Bu barədə siyasətçi sosial şəbəkədə bildirib.
“Hazırda formalaşan administrasiyama nə keçmiş səfir Nikki Heylini, nə də keçmiş dövlət katibi Mayk Pompeonu dəvət etməyəcəyəm”, – o, “Truth Social”da yazıb.
Həm Heyli, həm də Pompeo Donald Trampın ilk prezidentlik müddətində Amerika administrasiyasında işləyiblər.