“Politico” qəzeti ABŞ Demokrat Partiyası haqqında müsbət məqalələrə görə ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) 8 milyon dollar alıb.

Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Görünür, USAID və digər agentliklərdə milyardlarla dollar oğurlanıb, bunların böyük hissəsi demokratlar haqqında gözəl hekayələr yaratmaq üçün saxta mediaya “rüşvət” verilib. Görünür, “Politico” 8 milyon dollar alıb”, – o, “Truth Social”da yazıb.

Prezident əlavə edib ki, bu, tarixdə ən böyük qalmaqal ola bilər və demokratlar bundan qaça bilməyəcəklər.

Qeyd edək ki, ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsinin (Department of Government Efficiency, DOGE) rəhbəri olan iş adamı İlon Mask daha əvvəl bildirmişdi ki, ABŞ-nin icra hakimiyyəti orqanları “Politico”, “The New York Times” qəzetlərinə və “Associated Press” informasiya agentliyinə abunəliyin ödənişini dayandırır.

İstinadlar Report