
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Panama kanalına nəzarətini qaytaracağına söz verib.
O, bu barədə inauqurasiya mərasimində çıxışı zamanı bildirib.
“Panama öz kanalına nəzarəti Çinə verdi, indi ABŞ onu geri alacaq”, – Tramp deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Panama kanalı ilə bağlı hələ bu ayın əvvəlində açıqlama verərək, nəzarətin Panamaya verilməsinin “axmaqlıq olduğunu” söyləmişdi.