“Yalnız narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqi ABŞ-da narkotik problemini həll edə bilər”.

Bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Fentanil bizim insanlarımızı öldürür. Narkotik tacirləri üçün ölüm cəzasını tətbiq etməyincə, siz heç vaxt narkotik problemini həqiqətən həll etməyəcəksiniz “, – deyə o qeyd edib.

Daha əvvəl “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask da fentanil saxlamağa görə sərt cəzaların tətbiqini təklif etmişdi.