
ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün Parisə gedib.
Qeyd olunub ki, bu, Trampın ABŞ prezidenti seçildikdən sonra ilk xarici səfəridir.
Kilsənin açılış mərasimindən əvvəl Trampı Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron qəbul edəcək.