ABŞ prezidenti Donald Tramp Milli Basketbol Asossiasiyasının (NBA) “Qolden Steyt Uorriorz” klubunun baş məşqçisi Stiv Kerrlə görüşməkdən imtina edir.

Bu barədə dövlət başçısı “Twitter”dəki səhifəsində yazıb. Birləşmiş Ştatların başçısı baş məqşçini tənqid edib.

“Müşahidə etmək məzəlidir ki, Kerr ondan Çin haqqında soruşanda özünü necə alçaldır. Boğulur, yazıq və zəif görünür. Ağ Evdə onu görmək istəmirəm”, – ABŞ prezidenti bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Çin və NBA rəhbərliyi arasında “Hyuston Rokets”in baş menecer Derila Morinin sözlərinə görə qalmaqal yaranıb. Qadın Honkonqda keçirilən dövlət əleyhinə aksiyaları dəstəkləyib.

Bundan sonra Çin hökuməti klubun rəhbərini ittiham edib.

İstinadlar Report